Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.
1xeber.media xəbər verir ki, söhbət zamanı dövlət başçısının Maya Sandu ilə görüşləri, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər məmnunluqla xatırlanıb.
Prezident Maya Sandu Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığına toxunub və bunu inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib.
Moldova Prezidenti ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Azərbaycan və Moldova prezidentləri münasibətlərimizin perspektivlərinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.