General mayor Natiq Əliyevin qızı Türkər Əliyeva hakim qarşısına çıxarılıb.
1xeber.media xəbər verir ki,Sumqayıt Şəhər Məhkəməsinin hakimi Vüsalə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.
Məhkəmənin yekun qərarı ilə Türkər Əliyeva ev dustaqlığına buraxıldı.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla) və 32.4,313 (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.
Türkər Əliyevadan şikayət edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.
Ceyhun Rzayevin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.
Ceyhun Rzayev isə uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.