Вернуться назад Распечатать

Polad Həşimovun anasının vəziyyəti necədir?

Milli Qəhrəman general-mayor Polad Həşimovun səhhətində problemlər yarandığına görə bir neçə gün öncə xəstəxanaya yerləşdirilən anası  Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki,1949-cu il təvəllüdlü pasiyentin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.

“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, - məlumatda vurğulanıb.