1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə Tehranla aparılan qeyri-rəsmi danışıqlardan çəkilməyi və diqqətini ABŞ-ın daxili məsələlərinə yönəltməyi tapşırıb. Tramp "Truth Social" hesabında yazıb ki, ABŞ-ın artıq İranla razılaşmaya ehtiyacı yoxdur, çünki Vaşinqton Tehranın yüz milyardlarla dollar vəsaitinə və Hörmüz boğazına nəzarət edir. Bu açıqlamadan sonra dünya bazarında "Brent" markalı neftin qiyməti yenidən 96 dollara yaxınlaşıb