Вернуться назад Распечатать

Zaur Mikayılov Naxçıvan şəhərində vətəndaşların qəbulunu keçirib

 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvan şəhərində vətəndaşların qəbulunu keçirib.
1xeber.media xəbər verir ki.qəbul Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçirilib.
Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur və digər rayonlardan olan vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.