Вернуться назад Распечатать

Maliyyə Nazirliyi 388 məhkəmə işinə cavabdeh qismində cəlb olundu

Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Nazirliyi 388 məhkəmə işinə cavabdeh qismində cəlb olunub.

1xeber.media xəbər verir ki, bu barədə nazirliyin 9 aylıq hesabatında bildirilir.

Sənədə əsasən, bu işlərdən 204-ü başa çatıb. Nəticədə 81 milyon manat qənaət edilib.

Hesabat dövründə həmçinin nazirlik 24 cinayət işinə zərərcəkmiş şəxs qismində cəlb olunub. Hesabat dövründə 3 cinayət işi başa çatıb ki, son nəticədə 3,5 milyon manat bərpa olunub.