İkinci “Yüksəliş” müsabiqəsinin qalibi İlyas İsmayıllı Özbəkistanda yüksək vəzifəyə təyin olunub.
1xeber.media xəbər verir ki, İlyas İsmayıllı “AzerGold Uzbekistan” xarici investisiyalı MMC-nin Baş direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İsmayıllı İlyas 1989-cu ildə anadan olub. O, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Kommersiya hüququ ixtisası üzrə isə magistratura təhsili alıb. İlyas İsmayıllı “Expo-2020”də əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb.