Вернуться назад Распечатать

Qərb Putinin müharibəni tamamlaya biləcəyini açıqladı

Rusiya prezidenti Vladimir Putin 2025-ci ildə Ukraynadakı münaqişəyə son qoya bilər.

1xeber.media xəbər verir ki, bu fikri Bild nəşri paylaşıb.

Nəşrin yazdığına görə, bunu Kremlin 2026-cı il seçkilərinə hazırlığı göstərir. “Kreml SVO-nu bu il başa çatdıra bilər və artıq ruslara və beynəlxalq ictimaiyyətə müvafiq siqnallar göndərir”, - nəşr yazır.

Alman mediasının istinad etdiyi digər amil ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə gəldikdən dərhal sonra münaqişəyə son qoymaq istəyidir.