Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb.
1xeber.media news.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.
İttihamnamə nəzarətçi prokurora göndərilib.
Nəsimi Musayev 2026-cı il oktyabrın 1-də saat 14:00 radələrində Ermənistanın Sünik vilayətinin Şəki kəndindəki yaşayış evinə daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.
Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan noyabrın 3-də açıqlamasında N.Musayevin öldürmək niyyətinin olmadığını, ifadəsində dumana görə yolu azdığını qeyd edib.