İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 11 fələstinli həlak olub, təxminən 40 nəfər yaralanıb.
1xeber.media xəbər verir ki, ölənlər arasında uşaq, həkim və qadın da var.
Zərbələrin Cəbəliyə, Deyr əl-Bələh və Xan Yunis ərazilərində qeydə alındığı bildirilir. Hücumlar bölgədə humanitar vəziyyətlə bağlı narahatlıqları yenidən gündəmə gətirib.