1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bloger Valeriya Çekalinanın (Lerçek) əfv olunması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Çekalina 31 iyul 2026-cı ildə Moskvanın Qaqarin Rayon Məhkəməsinin təyin etdiyi cəzadan azad edilib və məhkumluğu götürülüb. Sənəd imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, noyabrın 12-də mədə xərçənginin dördüncü mərhələsi aşkarlanan Lerçekin Vladimir Putinə müraciət edərək əfv olunmasını xahiş etdiyi məlum olub.
Bundan əvvəl məhkəmə Rusiyadan 250 milyon rublun qanunsuz çıxarılması işi üzrə blogeri 5 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi. Bundan əlavə, o, 763 milyon rubl məbləğində cərimələnmiş və üç il müddətinə internetdə öz brendinin reklamını etməkdən məhrum edilmişdi.
Lerçekin vəkili Konstantin Tretyakov isə cərimənin ödənilməsinin müvəkkili üçün min ildən çox vaxt tələb edə biləcəyini bildirmişdi.