Вернуться назад Распечатать

Zelenski Trampla şəxsi söhbətinin təfərrüatlarını açıqlayıb

1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın onu “ilklərdən biri” gözlədiyini bildirib. Dövlət başçısı bunu səs yazısı “YouTube”da yerləşdirilən telemarafonda deyib.

“Tramp mənə dedi: “İlk səfərlərimin birində səni gözləyəcəm”, - Zelenski deyib. Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Ukraynadakı münaqişəyə son qoymağı özünün prioriteti adlandırıb.

Zelenski bu məsələ ilə bağlı görüşün yanvarın 20-də inauqurasiyadan sonra keçiriləcəyinə də eyham vurub. Onun sözlərinə görə, bu görüşdə münaqişənin qaynar fazasının sona çatmasına gətirib çıxaracaq addımlar atılacaq, - deyə Zelenski bildirib.

Bir müddət əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Tramp komandasının Ukrayna ilə bağlı siqnallarının Rusiyanı maraqlandırmadığını bildirmişdi. “Biz tez-tez “münaqişənin donması” sözlərini eşidirik. Prezident [Vladimir] Putin sonuncu dəfə dekabrın 19-da açıq və aydın şəkildə hansı şərtlərlə danışmağa hazır olduğumuzu söylədi”.