1xeber.media xəbər verir ki, Ermənistanın yeni Konstitusiya layihəsində Təhlükəsizlik Şurası katibi vəzifəsinin ləğvi təklif olunur.
Bu barədə Ermənistan Ədliyyə Nazirliyinin mətbuat katibi Mariam Melkumyan məlumat verib. O, bunun yeni Konstitusiya layihəsində nəzərdə tutulan dəyişikliklərdən biri olduğunu bildirib.
Qeyd edək ki, hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini Alen Simonyan tutur.