1xeber.media xəbər verir ki, Kanadanın Baş naziri Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə birgə foto çəkilişində iştirak etməyə razılıq verib.
Bu barədə “Clash Report” məlumat yayıb.
Jurnalistin müvafiq sualını cavablandıran Kanada hökumətinin başçısı bildirib ki, ev sahibi ölkəyə hörmət əlaməti olaraq ümumi foto çəkilişində iştirak edəcək.
“Bəli, ev sahibi ölkəyə hörmət etdiyim üçün foto çəkilişində iştirak edəcəyəm. Biz Asiyadayıq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-da keçirilən G20 sammitində Avropa ölkələrinin maliyyə nazirləri Rusiyanın maliyyə naziri Anton Siluanovla birgə foto çəkilişində iştirak etməkdən imtina etmişdilər.
Almaniyanın maliyyə naziri Lars Klinqbeyl və digər avropalı həmkarları Siluanovun iştirak edəcəyi təqdirdə qrup fotosunu boykot etmək barədə razılığa gəlmişdilər. Nəticədə foto Rusiya nümayəndəsi olmadan çəkilmişdi.