Вернуться назад Распечатать

Zelenski: Ukraynaya verilən F-16 qırıcıları tez-tez təmirə göndərilir

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələri tərəfindən Ukraynaya təhvil verilən F-16 qırıcılarının texniki vəziyyətindən narazılığını bildirib.

1xeber.media xəbər verir ki, Ukraynanın “İctimai. Xəbərlər” nəşrinin məlumatına görə, Zelenski təyyarələrin tez-tez təmirə ehtiyac duyması səbəbindən onların istifadəsinin məhdudlaşdığını deyib.

“Bizə eyni vaxtda havada istifadə etdiyimiz təyyarələrin sayından 2,5 dəfə çoxu lazımdır. Kağız üzərində hər şey var, lakin F-16-lar yeni olmadığı üçün daim təmirdə olurlar”, – deyə Ukrayna lideri bildirib.

Bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Aleksey Juravlyov Zelenskinin Almaniyadan “Taurus” qanadlı raketləri istəmək niyyətində olduğunu iddia edib.

O, Ukrayna prezidentinin raketlərin “sınaqdan keçirilməsi” ilə bağlı ifadəsinə diqqət çəkərək, Ukraynanın Qərb silahlarının sınaq meydanına çevrildiyini irəli sürüb.