Bəs müasir gender yanaşmaları və dəyişən ailə modeli cəmiyyətin psixoloji vəziyyətinə necə təsir göstərir? Boşanmaların və doğum səviyyəsinin azalmasının arxasında hansı sosial-psixoloji səbəblər dayanır? Ailə institutunun qorunması və sağlam münasibətlərin təşviqi üçün hansı addımlar atılmalıdır?
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən psixoloq-loqoped Ləman Kazımova bildirib ki, gender bərabərliyi və ailə münasibətlərində baş verən dəyişikliklər insanların psixoloji vəziyyətinə birbaşa təsir göstərir: "Boşanmaların artması, doğum səviyyəsinin azalması, qadın və kişilərin ailədəki rollarının dəyişməsi insanlarda narahatlıq, güvənsizlik və gələcəklə bağlı qorxu yarada bilər. Valideynlərin ayrılmasından ən çox təsirlənənlər uşaqlardır. Xüsusilə, ailədaxili münaqişələr və valideynlər arasında gərgin münasibətlər uşaqlarda qorxu, özünəqapanma və insanlara qarşı güvən problemlərinə yol aça bilər. Bu cür problemlərin qarşısının alınması üçün ailədə sevgi, hörmət, anlayış və qarşılıqlı məsuliyyət əsas prinsiplər olmalıdır".
O, vurğulayıb ki, insanların ailə qurmağa, valideynliyə və sağlam münasibətlərə psixoloji cəhətdən hazırlanması vacibdir. Ən başlıcası isə uşaqların sağlam psixoloji mühitdə böyüməsi təmin edilməlidir: "Valideynlərin ayrılmasından ən çox təsirlənənlər uşaqlardır. Xüsusilə, ailədaxili münaqişələr, valideynlər arasında davamlı mübahisələr və gərgin münasibətlər uşaqların emosional inkişafına ciddi təsir göstərə bilər. Belə mühitdə böyüyən uşaqlarda qorxu, özünəqapanma, aqressiv davranış, özünəinamın azalması və insanlara qarşı etimadsızlıq kimi hallar müşahidə oluna bilər. Uşaqlar üçün əsas məsələ valideynlərin birgə yaşayıb-yaşamaması deyil, onların hansı psixoloji mühitdə böyüməsidir. Hətta valideynlər ayrı yaşasalar belə, övladlarına qarşı birgə məsuliyyət daşımalı, onları münaqişələrin tərəfinə çevirməməli və digər valideynə qarşı mənfi münasibət formalaşdırmamalıdırlar. Uşağın valideynlərdən biri ilə ünsiyyətinin məhdudlaşdırılması və ya onun digər valideynə qarşı yönləndirilməsi gələcək münasibətlərinə də mənfi təsir göstərə bilər".
Psixoloq qeyd edib ki, gender bərabərliyi qadın və kişilərin hüquq və imkanlarının bərabərliyi ilə yanaşı, ailədə qarşılıqlı hörmətin, anlayışın və məsuliyyətin təmin olunmasını da nəzərdə tutmalıdır. Lakin bəzi hallarda tərəflərin bir-birindən gözləntilərinin fərqli olması, ailə məsuliyyətinin bölüşdürülməsində yaranan problemlər münasibətlərə mənfi təsir göstərir