“Qiymət artımı təkcə istehsalçının, ticarət nöqtələrinin və ticarət nöqtəsinə bərabər kanalların öz öhdəliyində və istəyinə uyğun tənzimlənən məsələ deyil”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında marketoloq Müşviq İsgəndərov bildirib. Onun sözlərinə görə, qiymət faizinin aşağılığı, intensivliyi, qəpiyə nisbəti bir az mübahisəli vəziyyətlərdir:
“Dünyada baş verən iqtisadi, sosial vəziyyətlə bağlı, geosiyasi vəziyyətlə bağlı mübahisəli vəziyyət artmaqdadır və ona görə qiymətin 10 qəpik belə artması məhsulun qiymətinin əmələ gəlmə prosesindən qaynaqlanır.
Süni şəkildə qiymət qaldırılması bu sürətli satılan məhsullar qrupuna aid deyil. Yəni burdakı tənzimlənmə daha çox gözə çarpdığı üçün və dövlətin maraqlarına zidd olduğu üçün bu cür məhsulun vitrinlərə çıxardan şirkətlər və xidmətlər bu qiymətlərin artırmamasında maraqlı deyillər.
Amma hal-hazırda biznes və məhsulun saxlanılması üçün yaranan xərclər və ümumi iqtisadi fonda maliyyə bazarlarının vəziyyəti və ölkədəki inflyasiya həddi qiymətin artımına gətirib çıxardan bir faktdır”.
Ekspert qeyd edib ki, bu qiymətin kiçik həcmlərdə artması gözə görünən həcmlər var:
“Məsələn, FMCG-də qeyd elədiyimiz kimi sürətli satılan məhsul qruplarında məhsulların qiymətinin aqressiv qalxımı rəqabətli mühitdə ölçülə bilməyən baş verir. Çünki bir oyunçunun iştirak etdiyi bazar deyil. Bir məhsul kateqoriyasında bəzən 15-dən çox rəqib müşahidə olunur və birdən-birə haqlı qiymət artımına gətirib çıxartmaq istəyən marka belə bu qiymət standartlarını 10 dəfə analiz eləyir, datanı izləyir və müqayisələndirir ki, biz treyd olaraq biz təxminən bu qiymət intensivliyində bu xammaddənin alışının qəlizləşdiyi dövrdə nə qədər dözə bilərik.
Rəqiblərin atdığı addım fonunda onlar da sonradan yenidən qiymətə müdaxilə eləyirlər. Bu dünyanın hal-hazırdakı durumuna daha çox aid məsələlərdən biridir”.
M. İsgəndərov bildirib ki, 1 manat ekvivalentində 10% görülən məsələ sadəcə 10% deyil:
“Ölkədəki inflyasiya həddi minimum 5,5%-dən 10%-in üzərinə qədərdir. Gözə görünən inflyasiyadan söhbət gedir. Əhalinin alıcılıq qabiliyyətinin hansı intensivlikdə olması və onların gəirliliyinin nominal ölçüsü məhsul əmələ gətirmə qiymətinə təsir eləmir. Bəzən ölkəyə idxal olunan məhsullar ölkədə istehsal olunan məhsullarla bərabər qiymətə gəlib çıxır. Bu təkcə məhsulun özü ilə bağlı məsələ deyil. Biznesə yanaşmanın da fərqindən ola bilər. Amma mövzu ondan ibarətdir ki, biz qiymətin əmələ gəlmə mərhələsində və qiymət artımını bəzi işbazları istisna etməklə qarşı tərəfin rəqabətli mühitdə qiymətə ciddi təsir etməsi doğru gözlənilən hal deyil.
Bu o deməkdir ki, başqa sahibkarda başqa çıxış yolu qalmır. Ümumiyyətlə inflyasiya gözləntilərimizə təsir eləyirmi bu cür məhsul qiymət artımları? Bu zatən əhalinin gəirlilik səviyyəsi ilə xərcləmə qabiliyyəti arasında ciddi düz balans var.
Və bu düz balansa görə çox ciddi problemlər yaşanır və xüsusilə də əhalinin istehlakındakı xüsusi məhsul kateqoriyalarında FMCG kateqoriyasında bu daha çox özünü göstərir.
Amma bir növ fürsətdən istifadə etməyən qiymət artımına hal-hazırda dövlətin nəzarəti də nəzarətdədir hal-hazırda. Amma yenə də qeyd eləmək istəyirəm ki, o güclü məhsul axını yerli və idxal məhsullar olduğuna görə və vitrində ciddi rəqabət getdiyinə görə zatən məhsul sahibi qiyməti qaldırmaq potensialına sahib deyil.
Amma xırda pul bəhanəsi yoxdur. Xırda pul yoxdur bəhanəsi edilən süni artımların qarşısını alır. Bu ümumiyyətlə ticarət nöqtəsinin məsələsidir. Xırda pul məsələsi məsələn məhsulun rəqabətli mühitində kassa çəkib və rəqəmsal ödənişlərin dövründə məhsulun qiymətinin vitrinə çıxan payı 1,05-dirsə və onu qiymətini ticarət nöqtəsi özü 1 manat 10 qəpik eləyirsə, bu artıq distribyutor və məhsul sahibi ilə ticarət nöqtəsi arasında mübahisəli vəziyyət yaranan məsələdir”.
Ekspert vurğulayıb ki, demək olar ki, ölkədə vahid qiymət siyasəti formalaşdırır distribyutorlar və əgər məhsulun təyin olunmuş qiyməti 1,05-dirsə, ticarət nöqtəsi bunu satmağa öhdəliyini müqabilə və hüquqi şərtlərlə qəbul eləmiş olur:
“O fərdi şəkildə məhsulun xırda yoxdur. Mən 1 manat 5 qəpiklik məhsulu bundan sonra 1 manat 10 qəpiyə satıram. Bu ənənəvi ticarət kanallarda görünmə ehtimalı olan haldır. Bu rəqəmsal və böyümüş şəbəkələrdə mümkün hal deyil. Və yenə də qeyd elədiyim kimi, ölkəmizdə daha çox ailə və surətli alış məhsullarının artımı olması və gəirlilik əmsalının da aşağı olması ilin sonunda insanların qidalanma xərclərini digər xidmət sahələrinə bölüşdüyü xərclərdən təxminən 60%-ni təşkil eləyir.
İnsanlar daha çox 60% qidalanmaya xərcləyiblər. Bu xidmət və alış qabiliyyətinə aiddir. Ona görə insanların 60%-lik gəirlilik səviyyəsi qidalanmaya gedibsə, bu o deməkdir ki, kommunal və digər mövzular da əlavə olunduqda çox təəssüflər olsun ki, əhalinin başına düşən qiymət məsələsində zərərdir”.