Вернуться назад Распечатать

Əli Kərimliyə AZCON-da yüksək vəzifə verildi

 Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat baş tutub.

1xeber.media xəbər verir ki,  Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əli Kərimli AZCON Holding-də Texniki şöbənin rəhbəri vəzifəsinə təyin olunub.

O, 2025-ci ilin martından 2026-cı ilin sentyabrınadək AZCON Holding-də texniki menecer vəzifəsini tutub.

Əli Kərimli həmçinin bu ilin sentyabrından Azərbaycan Texniki Universitetində Dayanıqlı iqtisadiyyat və sənaye mühəndisliyi kafedrasında dərs deyir.

Qeyd edək ki, Ə.Kərimli 1995-ci ildə anadan olub. O, V Yüksəliş müsabiqəsinin qalibidir.