Вернуться назад Распечатать

Bakıda külək şiddətləndi: Diqqətli olun!

 Saat 18:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.

1xeber.media  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.