Rüstəm Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunda (ABİF) tutduğu vəzifədən ayrılıb.
Məlumata görə, o, müvafiq əmrlə Fondun Səlahiyyətli təşkilatlarla əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən azad olunub.
Rüstəm Əliyev bundan əvvəl ABİF-də Tərəfdaşlarla əlaqələr şöbəsinin rəhbəri olub.
Onun Fondakı fəaliyyəti 2019-cu ilin avqustunda başlayıb. Bu müddətdə R. Əliyev Monitorinq şöbəsinin rəhbəri, Risk qrupunun baş mütəxəssisi, eləcə də Təhlil və risklərin idarə edilməsi üzrə baş mütəxəssis vəzifələrində çalışıb.yurd media