Həftənin ilk iş günündə dünya neft bazarında qiymət dəyişikliyi yaşanmaqdadır.
1xeber.media hərrac məlumatlarına istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin qiyməti 1,5 dollar ucuzlaşaraq 95 dollardan aşağı enib.
Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiymətində isə 1 dollara yaxın enmə müşahidə olunur. Bu markalı neft 98 dollardan aşağı ticarət olunur.
Neft bazarında qiymətlərin azalmasının əsas səbəbi ABŞ-ın İrana hücum planının təxirə salınması, həmçinin Körfəz ölkələrindən Hörmüz və ondankənar yollarla neft ixracının artması hesab olunur.