Вернуться назад Распечатать

Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə zərbə endirib

Ukrayna Silahlı Qüvvələri (USQ) Krım körpüsünə zərbə endirib.

1xeber.media xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksyonov Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, körpüdə nəqliyyatın hərəkəti təxminən günorta saatlarına qədər məhdudlaşdırılacaq. Hadisənin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri xidmətlər cəlb olunub. Kerç şəhərində isə operativ qərargah yaradılıb.

Aksyonov sakinləri və bölgəyə gələn qonaqları yalnız rəsmi informasiya mənbələrinə etibar etməyə çağırıb.

Qeyd edək ki, noyabrın 16-na keçən gecə Ukrayna Rusiyaya genişmiqyaslı dron hücumu həyata keçirib. Rusiya tərəfinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif regionları üzərində 1336 Ukrayna dronunu ələ keçirib.

Krasnodar diyarında hücum nəticəsində altı nəfər, o cümlədən bir uşaq xəsarət alıb. İlski qəsəbəsində yerləşən müəssisələrdən birində yanğın başlayıb.

Rostov vilayətinin Azov şəhəri də hücuma məruz qalıb. Hadisə nəticəsində üç nəfər xəsarət alıb, şəhərdəki dörd istehsalat obyektində yanğın baş verib.