Вернуться назад Распечатать

Krımda dövlətə xəyanətdə şübhəli bilinən SBU agenti saxlanılıb

Krımda dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılan, 1971-ci il təvəllüdlü Rusiya və Ukrayna vətəndaşı Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə həyata keçirdiyi fəaliyyətin təfərrüatlarını açıqlayıb.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 16-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi tərəfindən yayılan dindirmə görüntülərində bildirilib.

Saxlanılan şəxsin sözlərinə görə, o, Rusiya hərbi hava hücumundan müdafiə sistemlərinin (HHM), eləcə də hərbi gəmilərin yerləşdiyi əraziləri müəyyənləşdirərək foto və video çəkilişlər aparıb. Topladığı məlumatları WhatsApp messenceri vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) nümayəndəsinə göndərib.

O, dindirmə zamanı Simferopolda əlaqələndiricisinin göndərdiyi koordinatlar üzrə müəyyən edilmiş yerə getdiyini və orada qara paket götürdüyünü bildirib.

"Kurator mənə koordinatları göndərdi. Mən həmin yerə, Simferopola gəldim. O zaman burada zibillik var idi və orada qara paket yerləşirdi. Paketi götürdüm. FTX əməkdaşları məni elə həmin yerdə saxladılar", – deyə şübhəli şəxs bildirib.

Qeyd edək ki, Rusiya FTX-si saxlanılan şəxsi dövlətə xəyanətdə şübhəli bilir. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.