Вернуться назад Распечатать

Kreml Estoniyada təxribat hazırlığı ilə bağlı ittihamlara cavab verib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Estoniyada təxribat hazırlamaqla bağlı Moskvaya qarşı irəli sürülən ittihamları əsassız adlandırıb.

1xeber.media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Peskovun sözlərinə görə, Estoniya tərəfinin səsləndirdiyi iddiaları təsdiqləyən heç bir sübut və ya əsaslandırma yoxdur.

"Bütün bu bəyanatların heç bir əsası, heç bir arqumenti yoxdur. Heç bir sübut təqdim edilməyib. Bu ittihamlar tamamilə əsassızdır", – deyə Kremlin sözçüsü bildirib.

O əlavə edib ki, Moskva bu cür ittihamları yalnız Tallindən deyil, digər Avropa paytaxtlarından da eşidir.

Peskovun sözlərinə görə, Rusiya tərəfi bu cür əsassız ittihamları ciddi qəbul edə bilməz.

Qeyd edək ki, Estoniya daha əvvəl Rusiyanı ölkə ərazisində təxribat hazırlamaqda ittiham edib. Moskva isə bu iddiaları rədd edir.