ABŞ hakimiyyəti Pentaqonun keçmiş baş strateqi, general-leytenant Bret Silviya barəsində məxfi məlumatların jurnalistlərə ötürülməsi ilə bağlı cinayət işi açılması imkanını araşdırır.
1xeber.media xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ administrasiyası Ukrayna və İranla bağlı məxfi məlumatların sızdırılması iddiası əsasında general barəsində cinayət təqibinin mümkünlüyünü araşdırmağı hərbi qurumlara tapşırıb.
Pentaqon rəhbərliyi generala qarşı irəli sürülən ittihamları ABŞ Ədliyyə Nazirliyinə göndərib. Amerikalı rəsmi məsələ ilə bağlı materialların müvafiq araşdırma aparılması üçün ABŞ Ordusunun müvəqqəti rəhbəri Adam Tella təqdim edildiyini təsdiqləyib.
Bret Silviya isə ona qarşı irəli sürülən ittihamları hələlik ictimaiyyət qarşısında şərh etməyib. Hazırda ABŞ hərbi qurumları və federal hüquq-mühafizə orqanları tərəfindən ona rəsmi ittiham irəli sürülməyib.
Xatırladaq ki, oktyabrın 30-da “Axios” portalı general-leytenant Bret Silviyanın Ukrayna və İranla bağlı məxfi məlumatları jurnalistlərə ötürdüyünü etiraf etdiyini yazmışdı. Nəşrin məlumatına görə, general poliqraf testindən dörd uğursuz keçiddən sonra məlumat sızdırdığını etiraf edib.
Məxfi məlumatların ötürülməsinin 2025-ci ilin iyununda başladığı bildirilir. Generalın jurnalistlərlə əlaqə saxlamaq üçün “Signal” adlı şifrələnmiş mesajlaşma tətbiqindən istifadə etdiyi, həmçinin media nümayəndələrindən biri ilə şəxsən görüşdüyü iddia olunur.