Вернуться назад Распечатать

Putin Rusiyanın yeni nəqliyyat nazirinə mühüm mesaj verdi

Rusiya Prezidenti Vladimir Putin Dmitri Yadrovun ölkənin nəqliyyat naziri vəzifəsinə təyin olunması münasibətilə onu təbrik edib.

1xeber.media xəbər verir ki, bu barədə dövlət başçısı noyabrın 16-da yeni nazir ilə görüşü zamanı bildirib.

Putin Yadrovun peşəkarlığına və işgüzar keyfiyyətlərinə güvəndiyini vurğulayaraq yeni vəzifəsində uğurlar arzulayıb.

“Yüksək vəzifəyə – Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm. Peşəkarlığınıza və işgüzar keyfiyyətlərinizə ümid edirəm. Əminəm ki, hər şey yaxşı alınacaq”, – deyə Putin bildirib.

Görüş zamanı Rusiya Prezidenti noyabrın 20-də qeyd olunacaq Nəqliyyat İşçiləri Günü münasibətilə sahə əməkdaşlarını da təbrik edib.