“Turkish Cargo” İstanbul–İrəvan marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib
Türkiyənin “Turkish Cargo” aviaşirkəti noyabrın 15-də İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib.
1xeber.media xəbər verir ki, bu barədə “Aeroportist” nəşri məlumat yayıb.
Məlumata görə, yeni aviareys Türkiyə və Ermənistan arasında yükdaşımaların imkanlarını genişləndirməyə və logistika əlaqələrinin inkişafına töhfə verəcək.
Beləliklə, iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addım atılıb.