Вернуться назад Распечатать

Aİ “Vremya” proqramının aparıcısı və bloqerə qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Rusiyanın “Vremya” informasiya proqramının aparıcısı Vitali Yeliseyev və bloqer Yuri Podolyakaya qarşı sanksiyalar tətbiq edib.

1xeber.media xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında dərc olunan sənəddə bildirilib.

Sənəddə qeyd olunur ki, Yeliseyevin hazırladığı materiallar Ukrayna hökumətinin və Silahlı Qüvvələrinin legitimliyini şübhə altına almağa yönəlib. Aİ-nin iddiasına görə, teleaparıcının fəaliyyəti Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradır.

Avropa İttifaqı həmçinin Yuri Podolyakanın şəxsi bloqundakı fəaliyyətini Ukraynanın milli təhlükəsizliyi üçün təhlükə kimi qiymətləndirib.

Sanksiyalar irlandiyalı jurnalist Çey Bouza, eləcə də “Sputnik Latviya” və “Russia Today” (RT) nəşrlərinin jurnalisti Aleksey Stefanova qarşı da tətbiq olunub.