Вернуться назад Распечатать

Ermənistanda Paşinyan tərəfdarı ilə müxalif jurnalist canlı efirdə dalaşdı VİDEO

1xeber.media xəbər verir ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın tərəfdarı ilə müxalif jurnalist arasında siyasi tok-şou zamanı əlbəyaxa dava baş verib.

“Sputnik Ermənistan” portalının noyabrın 16-da yaydığı məlumata görə, hadisə İctimai Televiziyanın “Böyük debatlar” (“Большие дебаты”) proqramının canlı yayımında yaşanıb.

Müxalif jurnalist Boris Murazi ilə Paşinyanın tərəfdarı Arutyun Mkrtçyan arasında əvvəlcə şifahi mübahisə başlayıb. Tərəflər bir-birini təhqir edib və hədələyiblər. Daha sonra mübahisə fiziki qarşıdurmaya çevrilib və iştirakçılar bir-birinə zərbələr endiriblər.

Hadisə səbəbindən televiziya əməkdaşları yayımı dayandırmağa məcbur olublar. Münaqişəni sakitləşdirmək üçün studiyaya mühafizə əməkdaşları daxil olub.

Portalın məlumatına görə, mübahisəyə Mkrtçyanın təxribat xarakterli ifadələri səbəb olub. Belə ki, o, əvvəlcə rəqibinin milli mənsubiyyətinə eyhamlar vurub və şübhəli məlumatlar səsləndirib, daha sonra isə Murazinin valideynlərini təhqir edib.

Hadisə Ermənistanın siyasi gündəmində müzakirələrə səbəb olub.