Вернуться назад Распечатать

Putin, Tramp və Si Cinpinin APEC sammitində görüşünün gündəliyi hələ razılaşdırılmayıb

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında APEC sammiti çərçivəsində keçirilməsi gözlənilən üçtərəfli görüşün gündəliyi hələ müəyyənləşdirilməyib.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 16-da Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib. 

Diplomat bildirib ki, liderlərin müzakirə edəcəyi məsələlər hələ razılaşdırılmayıb və görüşün gündəliyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

“Gündəliyə hələ razılıq verilməyib. Vəziyyət hələ də qeyri-müəyyəndir və hansı məsələlərin müzakirə olunacağı bəlli deyil”, – deyə Rudenko bildirib.

O, gözlənilən görüşü mühüm və simvolik hadisə adlandırıb. Rudenko əlavə edib ki, liderlərin müzakirə edəcəyi mövzular son ana qədər razılaşdırıla bilər.