Вернуться назад Распечатать

Litva prezidenti ABŞ hərbçilərinin gəlişini NATO-nun qələbəsi adlandırdı

ABŞ hərbçilərinin yeni rotasiyasının Litvaya gəlməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə NATO üçün qələbədir.

1xeber.media xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda bildirib. 

Litva liderinin sözlərinə görə, ABŞ hərbi kontingentinin ölkə ərazisinə yerləşdirilməsi iki dövlət arasında strateji müttəfiqliyi bir daha təsdiqləyir.

Nauseda qeyd edib ki, Vaşinqton bu addımla NATO-nun şərq cinahının təhlükəsizliyinə sadiqliyini nümayiş etdirib.

“Litvada ABŞ-ın dəstəyinə hər zaman arxalana biləcəyimizi bilməkdən məmnunuq. Bu, təkcə dövlətimizin deyil, bütün Alyansın qələbəsidir. Bu gün hər kəs görür ki, ABŞ öz öhdəliklərinə son dərəcə məsuliyyətlə yanaşır”, – deyə prezident bildirib.

Xatırladaq ki, noyabrın 12-də Nauseda NATO qoşunlarının Rusiya sərhədlərindən geri çəkilməsi məsələsinə də münasibət bildirib. O, Avropada NATO tərəfindən formalaşdırılmış təhlükəsizlik arxitekturasının qorunmalı olduğunu və təsir dairələrinə bölünmənin yolverilməzliyini vurğulayıb.