Вернуться назад Распечатать

Pasiyentlər sümük müayinəsi üçün cihaz tapa bilmir — Travmatologiya İnstitutundan narazılıq

 Bakıda Travmatologiya İnstitutunda vacib tibbi cihazın olmaması narazılıq yaratdı: "Biabırçılığın zirvəsi!"
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük xəstəliklərinin diaqnostikası üçün zəruri olan tibbi avadanlığın olmaması və ya işləməməsi ictimai narazılığa səbəb olub.
1xeber.media xəbər verir ki,bu barədə sosial şəbəkə istifadəçisi Aydın Əliyev öz hesabında paylaşım edib. O, hər gün onlarla sümük-oynaq əməliyyatlarının icra olunduğu və yüzlərlə pasiyentin müraciət etdiyi ixtisaslaşmış tibb müəssisəsində Sümük Densitometriyası (Osteodensitometriya) cihazının olmamasını kəskin tənqid edib.
Vətəndaş yaranmış vəziyyəti belə təsvir edib:
"Biabırçılığın zirvəsi! Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün Sümük Densitometriyası cihazı yoxdur, ya da var, işləmir! Bu bilirsiniz nəyə bənzəyir? Elə bil ki, dərzidir iynəsi yoxdur, bərbərdir qayçısı yoxdur..."
Məsələ ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun, eləcə də aidiyyəti səhiyyə qurumlarının mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.