Вернуться назад Распечатать

"Brent" ucuzlaşdı

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 0,72% azalaraq 1 barelə görə 91,77 ABŞ dolları təşkil edib.

1xeber.media xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,71% azalaraq 85,11 ABŞ dollarına bərabər olub.