Rusiya Prezidenti Vladimir Putinlə Cənubi Koreya Prezidenti Li Ce Myon arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində qısa görüş keçirilə bilər.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 17-də Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putinlə Cənubi Koreya lideri arasında ayrıca ikitərəfli görüş Rusiya prezidentinin rəsmi proqramında nəzərdə tutulmayıb. Bununla belə, sammit çərçivəsində onların bir araya gəlməsi mümkündür.
“Putin hər halda Cənubi Koreya lideri ilə qarşılaşacaq. Əgər onlar bunu məqsədəuyğun hesab etsələr, hansısa yerdə görüşərək qısa söhbət edə bilərlər”, – deyə Peskov “Vesti”yə açıqlamasında bildirib.
Kremlin sözçüsü əlavə edib ki, hazırda iki lider arasında ayrıca danışıqların keçirilməsi planlaşdırılmır.