Вернуться назад Распечатать

Seyran Ohanyanın həyat yoldaşı həbs edilə bilər

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçaturyan barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş Antikorrupsiya Məhkəməsinə göndərilib.

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Xaçaturyan 2025-ci il üzrə əmlak, gəlir və xərclərə dair illik bəyannaməsində xüsusilə külli miqdarda əmlak barədə məlumatı gizlətməkdə ittiham olunur. Barəsində qətimkan tədbiri kimi, ölkədən çıxışına qadağa qoyulub.

Ruzanna Xaçaturyana qarşı irəli sürülmüş ittihama əsasən, o, Korrupsiyanın Qarşısının Alınması Komissiyasına bəyannamə təqdim etmək öhdəliyi daşıdığı halda, bəyan edilməli olan məlumatı təqdim etməyib, nəticədə xüsusilə külli miqdarda əmlak bəyannaməyə daxil edilməyib. Bu əmələ görə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İş Antikorrupsiya Komitəsində araşdırılıb və 2026-cı il noyabrın 16-da Antikorrupsiya Məhkəməsinə göndərilib.