Вернуться назад Распечатать

Peskov: Putin Trampla görüşdə Konstantinovka məsələsini gündəmə gətirə bilər

Putin Trampla görüşdə Konstantinovkada humanitar missiya məsələsini qaldıra bilər

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla APEC sammiti çərçivəsində keçirəcəyi görüşdə Konstantinovkada humanitar missiyanın təşkili məsələsini müzakirəyə çıxara bilər.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 17-də Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamasını “Vesti” informasiya xidmətinin Telegram kanalı yayıb.

Peskov qeyd edib ki, bu məsələnin iki lider arasında söhbət zamanı müzakirə olunması istisna edilmir.

Kremlin sözçüsü ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampın Rusiya və Ukrayna arasında bu cür humanitar təşəbbüslərin başlanğıcında iştirak etdiyini də xatırladıb. Onun sözlərinə görə, əvvəlki təcrübədən istifadə etmək mümkündür.

Peskov əlavə edib ki, bu təşəbbüslə bağlı Kiyevdən indiyədək heç bir cavab alınmayıb.