Brüsseldə Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.
1xeber.media xəbər verir ki, həmsöhbətlər Ermənistan-NATO tərəfdaşlığının inkişafı ilə bağlı məsələləri, o cümlədən mövcud tərəfdaşlıq formatları çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər.
Ermənistanın Kosovoda NATO-nun sülhməramlı missiyasında iştirakı və onun davamlılığı barədə də danışılıb.
Regional inkişafla bağlı fikir mübadiləsi aparılıb. Mirzoyan regionlararası rabitə şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işləri təqdim edib.
Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün regional əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb.