ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək istəyini ifadə edib.
1xeber.media xəbər verir ki, Tramp noyabrın 17-də Yaponiya, Hindistan və Avstraliya liderləri ilə QUAD formatında danışıqlarından əvvəl jurnalistlərin Putinlə ayrıca görüşün mümkünlüyü barədə sualını cavablandırıb.
“Bilmirəm, amma belə bir imkan olsaydı, bunu edərdim”, – deyə ABŞ lideri bildirib.
Bununla belə, iki prezident arasında ayrıca görüşün keçirilməsi ilə bağlı hələlik konkret razılaşma yoxdur.
Qeyd edək ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Vladimir Putin, Donald Tramp və Çin Sədri Si Cinpin arasında üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.
Sammit noyabrın 18-19-da baş tutacaq. Üç ölkə liderlərinin görüşü beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.