Вернуться назад Распечатать

DSMF-də 122 milyonluq uyğunsuzluq - Yoxlamalar başladı

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə hesabatlarında 122,2 milyon manatlıq uyğunsuzluq aşkarlanıb.

1xeber.media xəbər verir ki, Hesablama Palatasının apardığı yoxlama nəticəsində məlum olub ki, Fondun 2025-ci ildə investisiya fəaliyyətindən əldə etdiyi gəlirlər daxilolma və xaricolma hesabatlarında tam göstərilməyib. Nəticədə hesabat göstəriciləri 122,2 milyon manat az əks etdirilib.
Bəs bu nə deməkdir?
DSMF istifadə olunmayan sərbəst vəsaitlərini yerləşdirərək əlavə gəlir əldə edir. Lakin həmin gəlirlərin müvafiq hesabatlarda tam göstərilmədiyi müəyyən olunub.
Diqqətçəkən digər məqam isə problemin yeni olmamasıdır. Hesablama Palatası eyni nöqsanın əvvəlki audit zamanı da aşkarlandığını, lakin 2025-ci ildə yenidən təkrarlandığını bildirib.
Qurumun qiymətləndirməsinə görə, DSMF və İşsizlikdən Sığorta Fondunun investisiya gəlirlərinin büdcələrdə tam əks olunmaması ölkənin ümumi büdcə göstəricilərinin düzgün hesablanmasına da təsir edir.