Вернуться назад Распечатать

Putin: Avropa Rusiyanın qazından imtinanın nəticələrini aradan qaldıra bilmədi

Putin: Avropa İttifaqı Rusiyadan qaz tədarükünün dayandırılmasına uyğunlaşa bilməyib

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) Rusiyadan qaz tədarükündən imtina etməsinin iqtisadi nəticələrini qiymətləndirib.

1xeber.media xəbər verir ki, Putin bildirib ki, Avropa İttifaqı Rusiya qazının tədarükünün olmamasına uyğunlaşa bilməyib.

Rusiya liderinin sözlərinə görə, Rusiya enerji resurslarından imtina nəticəsində Avropa İttifaqı sənaye potensialını və beynəlxalq rəqabətdəki mövqelərini itirir.

Putin daha əvvəl də Avropaya Rusiya qazının 150-180 dollar qiymətinə tədarük edildiyini, lakin avropalıların bu qiyməti baha hesab etdiyini bildirmişdi.

O, həmçinin Avropada qaz qiymətlərinin gələcəkdə daha da arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, Rusiya qazının Avropa bazarına tədarükünün azalması və Avropa ölkələrinin alternativ enerji mənbələrinə yönəlməsi son illərdə enerji təhlükəsizliyi ilə bağlı müzakirələrin əsas mövzularından birinə çevrilib.