Dünya bazarında qızılın qiyməti 2025-ci il sentyabrın 29-dan bəri ilk dəfə bir troya unsiyası üçün 3 800 dollardan aşağı düşüb.
1xeber.media xəbər verir ki, bu barədə Nyu-Yorkun “Comex” birjasının ticarət məlumatlarında bildirilib.
Məlumata görə, 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti ticarət zamanı 3 800 dollar həddindən aşağı enib.
Bakı vaxtı ilə saat 06:06-da qızılın qiyməti 1,44 faiz azalaraq 3 841,5 dollar təşkil edib.
Saat 06:36-da isə qiymət 3 803 dollar səviyyəsində qeydə alınıb.