Вернуться назад Распечатать

Yohann Vadeful: Cənubi Qafqaz və Mərkəzi Avropa arasında bağlantıların inkişafı üçün böyük imkanlar var

Azərbaycanla iqtisadi əlaqələrin və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

1xeber.media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, dünən axşam və bu gün ərzində Azərbaycanla Almaniyanı birləşdirən müxtəlif mövzular ətrafında intensiv müzakirələr aparılıb.

Yohann Vadeful iqtisadi münasibətlər və enerji sahəsində əməkdaşlıq baxımından ciddi potensialın mövcudluğunu diqqətə çatdırıb:

“Azərbaycanın Mərkəzi Avropanın enerji təchizatındakı rolu böyük əhəmiyyət daşıyır”.

Nazir bu əməkdaşlığın Almaniya iqtisadiyyatı və enerji təminatı üçün mühüm dəstək olduğunu qeyd edərək Azərbaycana təşəkkür edib.