Ukrayna qüvvələrinin Kerç körpüsünə hücumlarının ikinci günündə körpünün avtomobil yolu hissəsinin bir bölməsinin dənizə düşdüyü bildirilir.
1xeber.media xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb. Rusiya tərəfi körpüyə dəyən zərərin ciddi olmadığını bildirib. Hücumlar fonunda Rusiya ərazisində də genişmiqyaslı dron hücumları qeydə alınıb.
Ukrayna Prezidenti Volodimir Zelenski əməliyyatın hazırlanmasına bir neçə həftə sərf edildiyini bildirib.