Вернуться назад Распечатать

Putin və Tramp Çində Ukrayna və İran məsələlərini müzakirə edə bilərlər - VİDEO

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çində baş tutacaq görüş zamanı Ukrayna və İranla bağlı məsələləri müzakirə edə bilərlər.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 18-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib. O, “İzvestiya” nəşrinin müxbiri Anton Zolotnitskiyə açıqlamasında bildirib ki, liderlər arasında təmaslar zamanı əsas diqqət Ukrayna məsələsinə yönələcək. Vaxt olacağı təqdirdə İranla bağlı fikir mübadiləsi də aparıla bilər.

Peskov daha əvvəl Putin və Trampın görüşündə Rusiya liderinin G20 sammitində iştirakı məsələsinin də müzakirə oluna biləcəyini qeyd etmişdi.