Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin noyabrın 18-də Şençjendə keçirilən APEC sammiti çərçivəsində rəsmi ziyafətdən əvvəl bir-biri ilə əl sıxışıblar.
1xeber.media xəbər verir ki, Putin və Tramp liderlərin birgə fotosessiyasından əvvəl qısa söhbət də ediblər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirib ki, Putin və Tramp bu axşam APEC sammiti çərçivəsində təşkil olunacaq rəsmi ziyafət zamanı ayrıca söhbət edə bilərlər.