Azərbaycanda şirinləşdirilmiş mineral və qazlı içkilərin vergiyə cəlb olunması təklif edilir.
1xeber.media xəbər verir ki, bu məsələ noyabrın 18-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Təklifə əsasən, ölkədə istehsal olunan şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə görə 10 qəpik aksiz vergisi tətbiq ediləcək. Həmçinin həmin məhsulların aksizli mallar siyahısına daxil edilməsi və aksiz markası ilə markalanması nəzərdə tutulur.
Dəyişikliyin əsas məqsədlərindən biri şəkər tərkibli içkilərin istehlakının azaldılması və ictimai sağlamlığın qorunmasıdır. Bu cür məhsulların həddindən artıq istifadəsinin piylənmə və diabet kimi xəstəliklərin yaranması riskini artırdığı bildirilir.
Təklif olunan dəyişiklik qəbul edilərsə, yerli istehsalçılar üçün də yeni vergi öhdəliyi yaranacaq.