Azərbaycanda taksi sifarişi operatorları vasitəsilə fəaliyyət göstərən sürücülər üçün yeni vergi mexanizminin tətbiqi təklif olunur.
Təklif olunan dəyişikliyə əsasən, taksi sifarişi operatorları tərəfindən sərnişindaşıma xidməti göstərən vergi ödəyicilərinə ödənilən gəlirlərdən 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanacaq.
1xeber.media xəbər verir ki, məsələ noyabrın 18-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişikliklər layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Təklifin qüvvəyə minməsi üçün qanunvericilik prosedurlarının tamamlanması tələb olunur. Yeni mexanizmin taksi sektorunda vergi öhdəliklərinin müəyyənləşdirilməsinə və ödənişlərin rəsmiləşdirilməsinə təsir göstərəcəyi gözlənilir.