Вернуться назад Распечатать

Zəncirvari qəza: 40-dan çox maşın toqquşdu

Qazaxıstanın Akmola vilayətində Astana-Şuçinsk magistral yolunda zəncirvari qəza baş verib.

1xeber.media xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Bildirilib ki, qəza zamanı 40-dan çox avtomobil toqquşub.

Hadisənin yolun buz tutması və güclü qar fırtınası səbəbindən baş verdiyi vurğulanıb.