Вернуться назад Распечатать

İcra başçısı şəhid Xaqani Məmmədovun anım tədbirində iştirak edib

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə 2020-ci ilin 27 sentyabrında başlamış 44 günlük Vətən müharibəsində şəhid olmuş Məmmədov Xaqani Mürşüd oğlunun anım tədbiri keçirilib.

1xeber.media xəbər verir ki,tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər. Çıxış edənlər şəhid Xaqani Məmmədovun əziz xatirəsini dərin ehtiramla yad edərək, onun keçdiyi şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdiyi şücaətdən bəhs ediblər.