Ötən ayın 17-si Səhiyyə naziri Anar Bayramov Quba rayonunda keçirdiyi vətəndaş qəbulu zamanı Quba MRX-nı da ziyarət etmiş və xəstəxanın iş prosesi ilə yaxından tanış olmuşdu.
O zaman TƏBİB-in İcraçı direktoru vəzifəsində olan Anar Bayramov Quba Regional Perinatal Mərkəzini ziyarət etdiyi zaman mərkəzin direktoru Şəhla Həsənova ilə maraqlı bir dialoqu baş tutmuşdu.
Səhiyyə ocağını dolaşan Anar Bayramov mərkəzin fəaliyyəti ilə bağlı öz tapşırıqlarını verdikdən sonra Şəhla Həsənovaya “həkimləriniz rüşvət alırmı?” deyə sual verib. Mərkəzin direktoru TƏBİB rəhbərinin sualına “məlumatım yoxdur” deyərək cavab vermişdi.
Anar Bayramov direktorun bu cavabından sonra “sizin məlumatınız yoxdur, amma mənim məlumatım var” deyərək qarşılıq vermişdi.
Daha sonra Anar Bayramov direktora “sizə bir ay möhlət verirəm, bu istiqamətdəki mənzərəni və durumu dərhal dəyişdirin” demişdi.
Bu bir ay müddətində hörmətli Anar Bayramovun vəzifəsində başqa heç nə dəyişmədi.
Quba Regional Perinatal Mərkəzin fəaliyyəti ilə bağlı cənab Anar Bayramovun bir ay bundan əvvəlki məlumatı və qənaəti elə yenə də olduğu kimi davam edir.7times.az